Neftçalada "Müstəqillik yollarında" kitabı nəşr olundu
27.05.2019.
Neftçalalı yazar Ələkbər Zahidovun bu günlərdə çapdan çıxmış "Müstəqillik yollarında" kitabı onun oxucuları ilə ikinci görüşüdür.
MAYAKİNFO xəbər verir ki, kitabda Azərbaycanda azadlıq və qəhrəmanlıq mübarizəsi tarixinə ötəri baxış əks olunmuş, əsas diqqət isə 1988-ci ildən başlayan müstəqillik hərakatına yönəlmişdir. Bakını və respublikanın bütün bölgələrini əhatə edən hərəkatda neftçalalıların iştirakı və mübarizəsi, Neftçalada baş vermiş 25 Yanvar qırğını faktlar, sənədlər, xatirələr şəklində kitabda işıqlandırılır.
Müəllif Ermənistanın torpaq iddiaları və işğalçılıq siyasətinə də yer ayırmışdır. Qarabağ döyüşlərini müstəqillik və azadlıq uğrunda savaşın davamı kimi təsvir edərək neftçalalıların döyüş yolundan bəhs edən yığcam oçerk və xatirə yazıları kitaba daxil edilmişdir.
ƏZahidov 1991-ci il 18 oktyabrda elan edilmiş Dövlət müstəqilliyindən keçən dövr ərzində Neftçalada baş verən iqtisadi inkişaf və sosial yüksəlişə də "Müstəqillik yollarında" kitabında yer ayırmışdır.
Digər xəbərlər