Goranboyda 15 yaşlı oğlan hovuzda boğularaq ölüb
2019-05-27
Baxış: 1077

27.05.2019
Goranboy rayonunda bədbəxt hadisə baş verib.
ONA-nın yerli bürosunun verdiyi xəbərə görə, 15 yaşlı Valeh Allahverdiyev su hovuzunda çimərkən boğulub. V.Allahverdiyev təcilli xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.



