Neftçala rayonunun heyvandarlıq üzrə statistik göstəriciləri

2025-09-23 Baxış: 38
img

 2025-ci ilin yanvar-iyun aylarında quş əti də daxil olmaqla diri çəkidə 2753 ton ət, 14614 ton süd, 7120 min ədəd yumurta, 288 ton yun istehsal edilmiş, 2024-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 224 ton və ya 8,9 faiz, yumurta istehsalı 160 min ədəd və ya 2,3 faiz artmış, yun istehsalı 12 ton və ya 4,0 faiz, süd istehsalı isə 103 ton və ya 0,7 faiz azalmışdır.


2025-ci il iyulun 1-i vəziyyətinə  rayon üzrə 149906 baş qoyun və keçi, 45148 baş iribuynuzlu mal-qara, o cümlədən 25448 baş inək və camış mövcud olmuşdur. İribuynuzlu mal-qaranın 56,4 faizini inək və camışlar təşkil edir. 


2024-cü  ilin eyni dövrü ilə  müqayisədə  iri buynuzlu mal-qaranın sayı 131  baş və ya 0,3 faiz artmış, inək və camışların sayı 272 baş və ya 1,1 faiz, qoyun və keçilərin baş sayı isə 1426 baş və ya 0,9 faiz  azalmışdır.

 

 

Şahin Mənəfov,

 

Neftçala rayon Statistika idarəsinin rəisi