Neftçala rayonunun tikinti üzrə 2025-ci ilin I yarımili üçün statistik göstəriciləri

2025-ci ilin yanvar-iyun aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10444,6 min manat vəsait yönəldilmiş, onun 2675,4 min manatı və ya 25,6 faizi dövlət sektoruna, 7769,2 min manatı və ya 74,4 faizi isə qeyri-dövlət sektorunun payına düşmüşdür. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə rayonda əsas kapitala investisiya qoyuluşu 3147,3 min manat və ya 43,1 faiz artmışdır.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 10180,2 min manatı və ya 97,5 faizi tikinti quraşdırma işlərinə sərf edilmiş və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3091,6 min manat və ya 43,6 faiz artmışdır.
2025-ci ilin yanvar-iyun aylarında tikinti müəssisələri tərəfindən (bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin dəyəri 6069,2 min manat təşkil etmiş və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 122,8 min manat və ya 2,1 faiz çox olmuşdur.
2025-ci
ilin yanvar-iyun aylarında tikinti müəssisələri tərəfindən (bu sahədə fəaliyyət
göstərən fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş tikinti
işlərinin 37,8 faizini sair, 23,4 faizini cari təmir, 38,4 faizi inşa,
yenidənqurma və bərpa, 0,4 faizi isə əsaslı təmir işlərinin dəyəri təşkil
etmişdir.
Şahin Mənəfov,
Neftçala rayon Statistika idarəsinin rəisi
Digər xəbərlər



