Neftçala rayonunun 2025-ci ilin I yarımili üçün demoqrafik vəziyyəti

İlkin məlumatlara əsasən rayon əhalisinin sayı 2025-ci il iyul ayının 1-i vəziyyətinə 87731 nəfər təşkil etmişdir. Əhalinin 45,9 faizini şəhər, 54,1 faizini kənd sakinləri, 48,6 faizini kişilər, 51,4 faizini isə qadınlar təşkil edir.
Cari ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin Neftçala rayon qeydiyyat şöbəsi tərəfindən rayon üzrə 367 doğulan körpə qeydə alınmış və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 8,3-dən 8,4-ə qədər artmışdır. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 55,0 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 45,0 faiz olmuşdur. Körpələrdən 4-ü əkiz doğulmuşdur.
Bu ilin yanvar-iyun ayları ərzində rayonda 287 ölüm halı qeydə alınmış və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,2-dən 6,6-ya qədər artmışdır.
Ədliyyə Nazirliyinin Neftçala
rayon qeydiyyat şöbəsi tərəfindən cari ilin ilk altı ayında 189 nikah və 64
boşanma halları qeydə alınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin
hər 1000 nəfərinə nikahların sayı 3,0-dan 4,3-ə qədər artmış, boşanmaların sayı
isə azalaraq 2,0-dan 1,5-ə düşmüşdür.
Şahin Mənəfov,
Neftçala rayon Statistika idarəsinin rəisi
Digər xəbərlər



