27 sentyabr Anım Günü olması ilə bərabər, həm də Zəfər gününün başlanğıcıdır.

Ermənistanın
Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə
cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə
Vətən müharibəsinə başladı. Bu, o Vətən müharibəsidir ki, Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı
Qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan
Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini
darmadağın edərək, böyük zəfərə imza atdı.
Xalqımızın
30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başlandığı 27 sentyabr
tarixində ölkəmizdə Anım Günü qeyd olunacaq. Respublika Prezidenti İlham
Əliyevin "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında”
imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncam da bunun əyani sübutudur. Ölkə
Prezidentinin imzaladığı Sərəncamda da qeyd edildiyi kimi: "Haqq və Şərəf
işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda
gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə
çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi
birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr
endirmişdir.Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara
əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.
Həmvətənlərimizin
bir çoxu şəhid olmuş, itkin düşmüş, yaralanaraq sağlamlığını itirmişdir.
Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin
qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün
yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün
möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı
və təhlükəsizliyi təmin edən mühüm amildir.
Azərbaycan
hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin
ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına
döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda
dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və
zabitlərimiz, bütün şəhidlərimiz bundan sonra da dərin ehtiramla anılacaq”.
Pərvanə
Səfərova,
YAP
fəalı, Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi.
Digər xəbərlər



