Vətən Müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı.

Azərbaycan
xalqının taleyində 2020-ci ilin payızı silinməz bir iz qoydu. 27 sentyabrda
başlanan və 44 gün davam edən Vətən Müharibəsi ölkəmizin müasir tarixində dönüş
nöqtəsinə çevrildi. Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu, Azərbaycanın
ərazi bütövlüyü bərpa edildi. Bu qələbə həm hərbi-strateji, həm siyasi, həm də
mənəvi baxımdan xalqımızın ən böyük nailiyyətlərindən biri oldu.Müharibənin
başlanma səbəbləri 1990-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasəti
nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu 30 ilə
yaxın işğal altında qaldı. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə
baxmayaraq, Ermənistan işğala son qoymadı. 2020-ci ilin sentyabrında düşmənin
genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına
başladı.
Milli
birlik və siyasi iradə.Vətən Müharibəsi yalnız hərbi əməliyyatlarla deyil,
xalqın milli həmrəyliyi ilə də yadda qaldı. Xalq və dövlət rəhbərliyi bir amal
uğrunda birləşdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi
iradəsi, xalqın sarsılmaz dəstəyi və ordunun rəşadəti qələbənin qazanılmasında
həlledici rol oynadı. Bu, dövlət-xalq-ordu birliyinin ən yüksək təzahürü idi.44
günün qəhrəmanlıq salnaməsi.Azərbaycan Ordusu 44 gün ərzində çoxsaylı şəhər və
kəndləri işğaldan azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının
tam azad olunması, Hadrut və digər strateji məntəqələrin düşməndən təmizlənməsi
tarixi nailiyyətlər idi. Lakin ən mühüm hadisə 8 noyabrda Şuşa şəhərinin azad
edilməsi oldu. Şuşa döyüşü Azərbaycan əsgərinin qəhrəmanlığını, yüksək döyüş
hazırlığını və vətən sevgisini dünyaya nümayiş etdirdi.
10
noyabr Bəyanatı və qələbənin rəsmiləşməsi.2020-ci il noyabrın 10-da imzalanan
üçtərəfli bəyanat Ermənistanın kapitulyasiyası demək idi. Bununla da Azərbaycan
30 ilə yaxın davam edən işğala son qoydu, ərazi bütövlüyünü təmin etdi. Müharibənin
nəticələri beynəlxalq aləmdə də Azərbaycanın haqlı mövqeyini bir daha təsdiqlədi.Qələbənin
tarixi əhəmiyyəti.Bu zəfər yalnız torpaqların azad olunması ilə məhdudlaşmır.
Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi, milli qürurunu və ləyaqətini bərpa
etdi. Vətən Müharibəsi xalqımızın iradəsini, həmrəyliyini və gücünü nümayiş
etdirdi. Bu hadisə gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi, milli birliyin rəmzi
olaraq qalacaq.Vətən Müharibəsi Azərbaycanın müstəqillik tarixində yeni mərhələnin
başlanğıcı oldu. Qazanılan bu tarixi qələbə təkcə Azərbaycan xalqının deyil,
bütün türk dünyasının qürur mənbəyinə çevrildi. Bu zəfər göstərdi ki, ədalət
mütləq qalib gəlir və heç bir güc xalqın iradəsini sındıra bilmir.
Arzu
Abdullayeva,
YAP
fəalı, Hacıqabul rayon Mərkəzi Kitabxanasının əməkdaşı.
Digər xəbərlər



