Haqq savaşımız Zəfər Qələbəsi ilə başa çatdı.

Azərbaycan
xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək
fəxarət duyğuları, hədsiz fərəh, qürur hissləri yaşayır. Bu zəfərlə biz Ermənistanın
20 faiz ərazilərimizin 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə
həm də bütün dünyada yenidən tanındıq, özü də bu dəfə qalib dövlət, qalib xalq
kimi...
Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham
Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı
nəticəsində 10 milyonluq Azərbaycan xalqı 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa
etdi. Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan Şanlı və
tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə
səbəb oldu. 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti qətiyyətli qələbə
qazandı, işğalçını əzəli torpaqlarımızdan “iti qovan kimi qovdu”. Eyni zamanda
bütün Azərbaycan xalqı Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək
sözün əsl mənasında böyük xalq olduğunu, ulu türk millətinin cəsur, qəhrəman
bir boyu olduğunu bir daha sübut etdi, misilsiz birlik, həmrəylik nümayiş
etdirdi və cəmiyyətimizdə mövcud olan Xalq-Lider-Ordu birliyini daha yüksək səviyyəyə
qaldırdı. Xalq öz Liderinə ürəkdən inandı və Ali Baş Komandan İlham Əliyev Azərbaycan
xalqının etimadını əməli fəaliyyəti və şanlı zəfəri ilə doğrultdu. Möhtərəm
Prezidentimiz öz qətiyyəti, sarsılmaz iradəsi, cəsarəti, Azərbaycana edilən
bütün təzyiqlərə məharətlə sinə gərməsi və son dərəcə mürəkkəb, çətin müharibə
şəraitində hərbi meydanda, siyasi arenada, informasiya müharibəsində parlaq qələbələr
qazanaraq xalqına söz verdiyi kimi sona qədər getdi, Azərbaycanın ərazi
bütövlüyünü bərpa etdi və Vətən torpağı uğrunda şəhid olan bütün
oğul-qızlarımızın qisasını aldı. Əminliklə deyə bilərik ki, İlham Əliyev öz
adını milli tariximizin son 200 ildə ən şanlı və müzəffər sərkərdəsi kimi Azərbaycan
xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk etdi.qüdrətinin, milli birliyinin
sarsılmazlığının göstəricisi oldu. Eyni zamanda Azərbaycan xalqının qazandığı zəfərin
möhtəşəmliyi ölkə başçısı İlham Əliyevin mümkünsüzü mümkünə çevirmək qüdrətindən
bəhrələndi. Böyük qələbə son əsrlərin ən böyük torpaq qazancı, münaqişənin birdəfəlik
bitməsi, Qarabağla yanaşı, Naxçıvanın Vətənimizin Şərq torpaqlarına birləşməsi,
dünya Azərbaycanlılarının yumruq kimi bir olması ilə tarixə yazıldı. 28 il
yarım işğal altında qalan Şuşanın işğaldan azad olunması, ulu öndər Heydər
Əliyevin “Azərbaycan üzükdür, Şuşa onun qaşı” sözləri yenidən öz dəyərinə
qovuşdu. Qətiyyətli Azərbaycan Ordusunun gücü, qüdrəti ilə bu qədim şəhər öz
sahiblərinə qaytarıldı. Dövlət başçımızın qeyd etdiyi kimi, Şuşada yenə də azan
səsi eşidiləcəkdir. Sənətkarlar beşiyi olan bu qədim şəhərdə artıq Azərbaycan
bayrağı dalğalanır.
“Qarabağ
Azərbaycandır və nida işarəsi” ifadəsini qələbəmizin rəmzinə çevirən Prezident,
Ali Baş Komandan İlham Əliyevin fəxrlə söylədiyi bu ifadə həyatda təsdiqini
tapdı. Ölkə başçımız ötən il noyabrın 10-da xalqa verdiyi Ermənistan üzərində
tam və qəti qələbə xəbəri illərdən bəri aparılan məqsədyönlü siyasətin,
xalq-iqtidar birliyinin nəticəsi olaraq bütün Azərbaycan xalqını qürurlandırdı.
“Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt
torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı
aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi
o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili
problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi
qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi”
söyləyən dövlət başçısı İlham Əliyev diplomatik uğurları ilə də sübut etdi ki,
Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır.
Hökmalı
Mirzəyev,
YAP
Hacıqabul rayon təşkilatının sədr müavini.
Digər xəbərlər



