Azərbaycan xalqı və dövləti işğalla barışmadı.

XX
əsrin sonlarında Cənubi Qafqaz regionunda baş verən siyasi hadisələr Azərbaycan
üçün ağır nəticələr doğurdu. Ermənistanın əsassız ərazi iddiaları, onun xarici
havadarlarının siyasi və hərbi dəstəyi ilə daha da gücləndi. Bu proses nəticəsində
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi işğal edildi.
Ermənilər
öz güclərinə arxalanmadan, xarici dövlətlərin hərbi, maliyyə və informasiya dəstəyi
ilə silahlandırıldı. Onlara müasir texnika, müxtəlif silah növləri, döyüş
sursatları təqdim olundu. Bu silahlanma yalnız hərbi məqsədlərə deyil, həm də
mülki əhalini hədəf alan etnik təmizləmə siyasətinin həyata keçirilməsinə xidmət
etdi. Azərbaycanın Qarabağ bölgəsi və ətraf rayonlarında dinc kəndlər yerlə-yeksan
edildi, minlərlə insan qətlə yetirildi, bir milyondan artıq soydaşımız isə
qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.
Bütün
bu faciələr beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması
idi. Ermənistanın havadarları isə insanlıq əleyhinə cinayətlərə göz yumaraq,
işğalın uzun illər davam etməsinə şərait yaratdılar. Bu hadisələr sübut etdi
ki, güclü havadarların arxasında dayanan bir dövlət regionda sülh və sabitliyi
pozmağa qadirdir.
Lakin
Azərbaycan xalqı və dövləti işğalla barışmadı. Tarixi ədalətin bərpa
olunacağına inam daim canlı saxlanıldı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində
Azərbaycan Ordusu düşməni darmadağın edərək işğal altında olan torpaqlarının
böyük hissəsini azad etdi. Bu qələbə xalqın gücünə, dövlətin siyasi iradəsinə və
beynəlxalq hüququn haqq səsinə əsaslanırdı.
Azərbaycan
tarixinin bu acı, eyni zamanda şərəfli səhifəsi bizə bir daha göstərir ki,
milli birlik, güclü dövlət və xalqın qətiyyəti xarici havadarların planlarını
alt-üst edə bilər.
Bahadur
İsmayılov,
YAP
fəalı, Hacıqabul rayonu Meyniman Kənd tam orta ümumtəhsil məktəbin direktoru.
Digər xəbərlər



