AZƏRBAYCAN QLOBAL SƏVİYYƏDƏ HUMANİTAR YARDIM SƏYLƏRİ İLƏ QÜRUR DUYUR.

Azərbaycan
qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur. Biz təbii fəlakətlərdən,
münaqişələrdən və səhiyyə sahəsində böhranlardan zərər çəkən ölkələrə yardım
göstəririk.
Bu
fikirləri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci
sessiyasındakı çıxışı zamanı bildirib ki, Azərbaycan qlobal səviyyədə humanitar
yardım səyləri ilə qürur duyur. Biz təbii fəlakətlərdən, münaqişələrdən və səhiyyə
sahəsində böhranlardan zərər çəkən ölkələrə yardım göstəririk.
"Azərbaycan
COVID-19 pandemiyasına qarşı cavab tədbirləri istiqamətində 80-dən çox ölkəyə
qoruyucu avadanlıqlar, tibbi cihazlar və vaksinlər ianə edib və maliyyələşdirib",
- dövlət başçısı vurğulayıb.
Azərbaycan
Prezidenti İlham Əliyevin sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının
80-ci sessiyasında çıxışı zamanı vacib və aktual məsələlərə toxunub:
Dövlətimizin
başçısı çıxışı zamanı vurğuladı ki, Azərbaycan qlobal səviyyədə humanitar
yardım səyləri ilə qürur duyur. Biz təbii fəlakətlərdən, münaqişələrdən və səhiyyə
sahəsində böhranlardan zərər çəkən ölkələrə yardım göstəririk. Azərbaycan
COVID-19 pandemiyasına qarşı cavab tədbirləri istiqamətində 80-dən çox ölkəyə
qoruyucu avadanlıqlar, tibbi cihazlar və vaksinlər ianə edib və maliyyələşdirib.
BMT-nin, beynəlxalq münasibətlər sisteminin fəal üzvü olan Azərbaycan,
Qoşulmama Hərəkatında da aktiv fəaliyyət göstərir. Qoşulmama Hərəkat BMT Baş
Assambleyasından sonra dünyada ən böyük beynəlxalq təsisatdır. Ölkəmizin
Qoşulmama Hərəkatına sədrliyinin ilk illəri COVID-19 pandemiyası ilə əlaqədar
dünyanı sarsıdan qlobal səhiyyə böhranı dövrünə təsadüf etsə də, Azərbaycan
özünün sədrlik gündəliyini çevik və effektiv şəkildə yeni reallığa
uyğunlaşdırdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı
pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürdü və dünya
ictimaiyyətini bu təhdidlə mübarizədə səfərbər etdi. 2020-ci ilin mayında Hərəkatın
COVID-19 ilə mübarizəyə həsr edilən liderlər səviyyəsində onlayn sammitinin
keçirilməsi bu istiqamətdə atılmış ilk addımlardan biri idi. Sammitdə Prezident
İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən
xüsusi sessiyasının keçirilməsini təklif etdi.
Bu
təklif 150-dən çox ölkə tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında
xüsusi sessiya uğurla baş tutdu: “Azərbaycanın Hərəkata sədrliyi dövründə həyata
keçirdiyi ən önəmli fəaliyyətlərdən biri peyvənd millətçiliyinə qarşı mübarizə
aparması oldu. Təsadüfi deyil ki, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı
tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada “COVID-19
pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə,
vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul
edildi. Qlobal səhiyyə böhranı dövründə Azərbaycan özü də pandemiya ilə mübarizədə
olmasına baxmayaraq, ehtiyacı olan digər dövlətləri də unutmadı. Azərbaycan əksəriyyəti
Qoşulmama Hərəkatının üzvləri olmaqla, 80-dən çox ölkəyə koronavirusla bağlı
maliyyə və humanitar yardım göstərdi. Ölkəmiz beynəlxalq münasibətlər
sisteminin fəal, məsuliyyətli üzvüdür və bəşəri dəyərlərə önəm verdiyi önəm göz
önündədir.
Aidə
Hüseynova,
YAP
fəalı, Hacıqabul şəhəri A.Dadaşov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin
təşkilatçısı.
Digər xəbərlər



