Sülh və Zəfərin Yolu: Azərbaycanın BMT tribunasından dünyaya çağırışı.

25
sentyabr 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş
Assambleyasının 80-ci sessiyasında çıxış edərək ölkəmizin müstəqillik tarixində
keçdiyi çətin, lakin şərəfli yoldan, əldə edilmiş Zəfərlərdən və qurulan yeni
beynəlxalq münasibətlər sistemində Azərbaycanın artan rolundan danışdı.
Prezidentin
nitqində bir neçə əsas istiqamət xüsusi vurğulandı. Azərbaycan lideri Ermənistanın
uzun illər həyata keçirdiyi etnik təmizləmə siyasətinə və hərbi cinayətlərinə
diqqət çəkərək, bir milyon azərbaycanlının doğma yurdlarından didərgin
salındığını xatırlatdı. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməməsi
beynəlxalq hüququn uzun müddət selektiv şəkildə tətbiq edildiyinin bariz nümunəsi
kimi qiymətləndirildi.
2020-ci
ildə Azərbaycan xalqı öz suveren hüququndan istifadə edərək Vətən müharibəsi ilə
işğala son qoydu. Prezident İlham Əliyev çıxışında Azərbaycanın müharibəni beynəlxalq
humanitar hüquqa uyğun apardığını, mülki şəxslərin və qeyri-hərbi
infrastrukturların qorunduğunu vurğuladı. 44 günlük müharibə nəticəsində ərazi
bütövlüyümüz təmin olundu və Ermənistan kapitulyasiya aktına imza atdı.
Dövlət
başçısı qeyd etdi ki, müharibədən dərhal sonra Azərbaycan sülh təşəbbüsü ilə çıxış
etdi və Ermənistanla münasibətlərin normallaşdırılması üçün əsas prinsipləri təqdim
etdi. 2025-ci ilin avqustunda ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda tarixi Sammit
keçirildi. Burada Azərbaycan və Ermənistan liderləri birgə bəyanat imzaladılar,
sülh müqaviləsinin mətni paraflandı, Minsk qrupu kimi köhnəlmiş mexanizmlər
tarixə qovuşdu. Prezident Donald Trampın iştirakı ilə qəbul edilən qərarlar
regionda dayanıqlı sülhə yol açdı.
Azərbaycan
Prezidenti Zəngəzur dəhlizi üzərindən həyata keçiriləcək “Beynəlxalq Sülh və
Rifah naminə Tramp Marşrutu”nu (TRIPP) yeni əməkdaşlıq modeli kimi təqdim etdi.
Eyni zamanda ABŞ-la Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması barədə əldə
olunmuş razılaşma iki ölkə arasında münasibətlərin yeni mərhələsinin başlanğıcı
kimi dəyərləndirildi.
Prezident
İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərindən
bəhs etdi. Ermənistanın dağıtdığı şəhərlərin və kəndlərin yenidən qurulduğunu,
artıq 50 mindən çox insanın Böyük Qayıdış proqramı çərçivəsində doğma
torpaqlara köçdüyünü vurğuladı. Bununla yanaşı, mina təhlükəsinin hələ də ciddi
maneə olaraq qaldığı bildirildi.
Azərbaycanın
COP29-a ev sahibliyi etməsi ölkəmizin qlobal iqlim siyasətində mühüm rola sahib
olduğunu sübut etdi. Bakı Maliyyə Hədəfi kimi tanınan Yeni Kollektiv Kəmiyyət Hədəfi
(NCQG) qəbul edildi və iqlim maliyyələşdirməsində tarixi dönüş nöqtəsi kimi
qiymətləndirildi.
Prezident
bəyan etdi ki, Azərbaycan həm etibarlı enerji təchizatçısı, həm də yaşıl enerji
istehsalçısı kimi beynəlxalq tərəfdaşların ön sırasındadır. Hazırda 14 ölkəyə təbii
qaz ixrac edən ölkəmiz 2030-cu ilə qədər enerji istehsalının 40 faizini bərpaolunan
mənbələr hesabına təmin etməyi planlaşdırır.
Azərbaycanın
iqtisadiyyatı şaxələndirməsi, yoxsulluq və işsizliyi 5 faizə endirməsi, xarici
borcun ÜDM-in cəmi 6,5 faizini təşkil etməsi beynəlxalq reytinq agentliklərinin
yüksək qiymətləndirməsi ilə təsdiqlənib.
Xəzər
dənizinin azalması probleminin regional təhlükəyə çevrildiyi diqqətə
çatdırıldı. Azərbaycan, həmçinin COVID-19 pandemiyası dövründə və müxtəlif
humanitar böhranlarda göstərdiyi dəstək vasitəsilə qlobal humanitar missiyanın
fəal iştirakçısı olduğunu bir daha nümayiş etdirdi.
Prezident
İlham Əliyevin BMT tribunasından səsləndirdiyi mesaj bir daha göstərdi ki, Azərbaycan
yalnız öz milli maraqlarını deyil, həm də beynəlxalq hüququn üstünlüyünü,
qlobal sülh və əməkdaşlıq gündəliyini müdafiə edir. Azərbaycanın qələbəsi təkcə
bir dövlətin uğuru deyil, beynəlxalq ədalətin bərpasının nümunəsidir.
Aytən İmanova,
YAP fəalı, Hacıqabul rayon Heydər
Əliyev Mərkəzinin direktoru.
Digər xəbərlər



