İTALİYA-AZƏRBAYCAN UNİVERSİTETİNİN AÇILIŞI

Bakıda
İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının oktyabrın 1-də
açılışı oldu.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə
rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella
oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris
korpuslarının açılışında iştirak ediblər.Prezident İlham Əliyev, birinci xanım
Mehriban Əliyeva və İtaliya Prezidenti Sercio Mattarella tədris binalarında
yaradılan şəraitlə tanış olduqdan sonra ölkəmizdə səfərdə olan İtaliya
universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları
və tələbələri ilə görüşüblər.
Qeyd
edək ki, İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə
Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb.
Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil
müəssisəsi - Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin
Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik
Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb. Bu əməkdaşlıq
İtaliyada kiçik və orta sahibkarlığın, yaradıcı sahələrin, sənətkarlığın və texnoloji
inkişafın dəstəklənməsi təcrübəsini təhsil və tədqiqat vasitəsilə Azərbaycana gətirir,
iqtisadiyyatımızın strateji sahələri, xüsusilə də mühəndislik, kənd təsərrüfatı
və qida sənayesi, memarlıq və dizayn üçün gələcək kadrları yetişdirmək məsələsində
mühüm rol oynayır.
İtaliya-Azərbaycan
Universiteti binalarının təməli 2022-ci ildə hər iki ölkənin xarici işlər
nazirlərinin iştirakı ilə Bakıda qoyulub. Universitetə tələbə qəbulu 2023-cü
ildən magistr səviyyəsində həyata keçirilir. Hazırda burada tədris olunan 8
bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavr, 102-si isə magistr səviyyəsində
təhsil alır. İxtisaslardan 3-ü ikili diplom proqramıdır. Tədris proqramları
elektrik və elektronika mühəndisliyi, memarlıq, interyer və kommunikasiya
dizaynı, şəhərsalma, kənd təsərrüfatı və qida texnologiyaları, heyvandarlıq və
müxtəlif menecment ixtisaslarını əhatə edir. Bakalavr və magistr
proqramlarından əlavə, peşəkarlar üçün mütəmadi ixtisasartırma və sertifikat
proqramları da həyata keçirilir.
Tədris
korpuslarında sinif otaqları ilə yanaşı, müasir texnologiyalara əsaslanan,
İtaliyanın Bolonya Universiteti və Milan Politexnik Universiteti ilə birgə
qurulmuş 6 tədqiqat və 7 tədris məqsədli laboratoriya da fəaliyyət göstərəcək.
Burada memarlığa aid materiallardan ibarət kitabxana, şəhərsalma, landşaft və
foto-video studiyaları, müxtəlif dizayn emalatxanaları yerləşir. Yeni binalarda
qurulmuş tədris emalatxanası isə dərslərin praktiki tədrisi üçün bir məkandır.
Burada müxtəlif növ materiallarla işləmək üçün texnoloji və rəqəmsal imkanlar
yaradılıb. Tədris emalatxanası tələbələr və tədqiqatçıların bir yerdə işlədiyi
məkandır. Onların birgə əməyinin nəticəsi isə xüsusi Dizayn və yaradıcılıq mərkəzi
vasitəsilə sənaye və biznes strukturlarına çatdırılacaq. Bir sözlə, bura tədris
və tədqiqatın real iş dünyası ilə birləşdiyi mərkəzdir.
Tədris
korpusunda yerləşən “bazar meydanı” isə Azərbaycanın tarixi “İpək Yolu”nun bir
hissəsi olduğunu əks etdirir. Universitetin tələbələri və müəllimləri ildə bir
dəfə burada bir araya gələrək öz layihələri ilə yarışacaq və onları biznes
mühitinə təqdim edəcəklər. Bu sərgilər yerli və beynəlxalq səviyyədə
universitet-sənaye-dövlət arasında üçtərəfli əməkdaşlığa xidmət göstərəcək.Bu
layihənin icrası ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsinin
göstəricisi olmaqla səmimi münasibətlərimizdən xəbər verir. Bu, həmçinin
İtaliya təcrübəsindən istifadə etməklə Azərbaycan təhsilinin inkişafına töhfədir.
Aidə
Hüseynova,
YAP
fəalı, Hacıqabul şəhəri A.Dadaşov adına 5 nömrəli tam orta məktəbin təşkilatçısı.
Digər xəbərlər



