İtaliya ilə əlaqələr Azərbaycanın xarici siyasətində xüsusi yer tutur.

2025-10-07 Baxış: 52
img

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev İtaliya Prezidentinin Azərbaycana birinci rəsmi səfərinin 7 il bundan əvvəl baş verdiyini bildirib. İtaliya Prezidentinin ölkəmizə səfəri onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq. Bizim görüşlərimiz tez-tez baş verir. Prezident İlham Əliyev bildirib ki,”Bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanmışdır. İkinci sənəd - Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanmışdır. Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. Qeyd etdiyim kimi, biz tez-tez görüşürük. İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik” Qeyd edək ki, 2020-ci ildən başlayaraq TAP layihəsi vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. Bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir. TAP-ın və Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır. Həmçinin elektrik enerjisi, o cümlədən Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana və ondan sonra Avropa məkanına ötürüləcək elektrik enerjisi birgə əməkdaşlığın həcmini daha da artıracaq, mühüm nailiyyətlər əldə olunacaq.

Sercio Mattarellanın ölkəmizə səfəri Azərbaycan-İtaliya münasibətlərinə yeni nəfəs verdi. Bu səfər nəticəsində formalaşan yeni əməkdaşlıq platformaları iki ölkə arasındakı dostluğun və tərəfdaşlığın daha da güclənməsinə, xalqlarımızın rifahına, həmçinin regionda sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək.

 

 

Pərvanə Səfərova,

YAP fəalı, Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi.