8 Noyabr Zəfər Günü Azərbaycanın şanlı tarixinin yeni səhifəsidir

Azərbaycan
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ləyaqətli liderliyi sayəsində
xalqımız beşinici ildir ki, təntənəli şəkildə Zəfər bayramını qeyd edəcəkdir. Bəli,
məhz 2020-ci il noyabrın 8-də möhtəşəm Şuşa qalasının işğaldan azad edilməsi ilə
Ermənistanın bel sütunu qırıldı. Həmin gün Zəfərə qovuşduğumuz gün kimi
Azərbaycanın şanlı tarixinə yeni səhifə yazıldı.
Bu
tarixi Zəfərimiz uzun illər ərzində dövlətimizin siyasi nüfuzunun, mükəmməl
ordu quruculuğunun və iqtisadi potensialının artırılması istiqamətində
aparılan, əsası Ulu Öndərimiz tərəfindən qoyulan və möhtərəm Prezidentimiz
İlham Əliyev tərəfindən uğurla davam etdirilən müdrik siyasətin məntiqi nəticəsi
idi.
Beləliklə,
Prezident İlham Əliyev tərəfindən yürüdülən müdrik siyasət 30 illik ədalətsizliyin
bərqərar olunmasına, hərbi işğal altında olan torpaqlarımızın düşməndən azad
edilməsinə, müqəddəs bayrağımızın Azərbaycanın bütün guşələrində dalğalanmasına
yönəlmişdi. Zəfərə doğru addım-addım milli güc arxitekturasını möhkəmləndirən
Ali Baş Komandan dünya birliyində Azərbaycanın müstəqil və nüfuzlu dövlət
simasını formalaşdırdı. Eyni zamanda, Azərbaycan cəmiyyətini vahid amal ətrafında
səfərbər etdi, Silahlı Qüvvələrimizi Vətən müharibəsində qazanılan möhtəşəm qələbələrə
hazırladı.
Azərbaycan
Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum
əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan
azad edildi. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla Ermənistanın
kapitulyasiyası rəsmiləşdi. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın
20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan
Silahlı Qüvvələrinə təhvil verdi.
Dövlətimiz
dünya siyasi tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində
qalmış 4 qətnaməsini özü, təkbaşına icra etdi, haqqı, ədaləti bərpa etdi. Beləliklə,
Silahlı Qüvvələrin Ali Baş Komandanı dünya azərbaycanlılarına qədim tariximizin
son 200 ilində ilk dəfə qazanılmış Zəfəri yaşatdı. Qələbəyə gedən yol Azərbaycan
xalqının mütəşəkkilliyini, həmrəyliyini, xalq-iqtidar birliyini daha bariz şəkildə
nümayiş etdirdi.
Ölkəmiz
işğaldan ötən 30 il ərzində üzləşdiyi haqsızlıq və ədalətsizliyin təzahürlərinin
Vətən müharibəsi günlərində bir daha şahidi oldu. Müharibənin ilk günlərində və
uğurlu hərbi əməliyyatların davam etdiyi zaman, işğalçı Ermənistanı və qondarma
rejimi müdafiə edən ölkələrin riyakarlığı da diqqətdən kənarda qalmadı. Münaqişənin
“həlli” ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri Fransa
açıq-aşkar təcavüzkar dövlətə birmənalı dəstəyini ifadə etdi. Erməni lobbisinin
təsiri altında olan ABŞ və digər Qərb dövlətlərinin bir sıra yüksək vəzifəli rəsmilərinin
də ermənilərə dəstək mesajları Azərbaycana qarşı qərəzli mövqeyi, ədalətsizliyi
göstərdi. Eləcə də Ermənistan və havadarlarının ölkəmizə təzyiq cəhdləri
informasiya savaşında daha qabarıq şəkildə sərgilənirdi.
Bütün
hədə və təhdidlərə, təxribatlara baxmayaraq, qətiyyətli sərkərdəmiz İlham
Əliyevin diplomatik bacarığı, beynəlxalq münasibətləri doğru dəyərləndirmək məharəti
və məntiqli arqumentləri ilə bu təzyiq və haqsız hücumların hər birini
darmadağın edərək ermənipərəst siyasəti iflasa uğratdı. Dövlət başçısı həm
müharibə cəbhəsində, həm də diplomatik meydanda inamlı qələbələr qazandı, haqq
savaşını qalib başa çatdırdı.
Tarixi
Zəfərimiz xalqımızın şərəf və qürur simvoludur. Vətən müharibəsində Azərbaycanın
qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında möhtəşəm
Zəfər paradı keçirilib, 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər
və zabitləri yan-yana adımlayıb. Hərbi paradda Vətən müharibəsinin ilk günlərindən
sona qədər Azərbaycana siyasi və mənəvi dəstək verən, yanında olan Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın Müzəffər Ali Baş Komandan İlham Əliyevlə
iştirak etməsi sarsılmaz qardaşlığın xoş mənzərəsi idi.
İsmayıl
İbrahimov
YAP
Hacıqabul rayon təşkilatının sədri
Digər xəbərlər



