Gülər Coşqunsoyun Prezident İlham Əliyevə həsr etdiyi poemanın təqdimatı keçirilib
2025-11-08
Baxış: 28

Bakı Atatürk Mərkəzində tanınmış yazıçı və mədəniyyət elçisi Gülər Coşqunsoyun “Ulu Röya Yolunda” və “Milli Xilaskar” adlı yeni kitablarının təqdimat və imza günü keçirilib.
MAYAKİNFO xəbər verir ki, təqdimat mərasimində Xalq artisti, Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov, Atatürk mərkəzinin rəhbəri akademik Nizami Cəfərov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, jurnalist Xəyal Abdullayev, Paraolimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov, Vətən Müharibəsi Fondunun rəhbəri, tarixçi alim Şəfa Mövsümov, AYB üzvü, Prezident təqaüdçüsü İradə Əlili, Əhməd Cavadın nəvəsi, Paraolimpiya komitəsi şöbə müdürü Cavad. Axundzadə, ictimai xadim İndira Şəmsivari, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, müharibə veteranı Ədalət Məhərrəmov, “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev , S.C.Pişəvəri adına gimnaziyanın direktoru İlqar Talıbov, Azərbaycan Diasporasına Dəstək Komitəsinin nümayəndəsi Fəqan Qəhrəmanov, AYDA nümayəndəsi İlqar Ələkbərov və tədbirdə dövlət rəsmiləri, elm və mədəniyyət xadimləri, diaspor nümayəndələri, ictimai və media təmsilçiləri, eləcə də ədəbiyyatsevərlər iştirak ediblər.
Çıxışlarda Gülər Coşqunsoyun yaradıcılığında milli kimlik, azərbaycançılıq ideyaları və vətənpərvərlik mövzularının ön planda dayandığı qeyd olunub. Bildirilib ki, “Ulu Röya Yolunda” kitabı 2020-ci ilə qədər adı açıqlanmış bütün Milli Qəhrəmanlarımız və şəhid general Polad Həşimovun həyat yoluna həsr olunub. Əsər milli qəhrəmanlıq ruhunun gələcək nəsillərə ötürülməsi baxımından dəyərli ədəbi mənbə kimi təqdim edilib.
Tədbirdə, həmçinin, “Milli Xilaskar” əsərinin Prezident İlham Əliyevə ithaf olunan ilk böyük poema olduğu vurğulanıb. Çıxışçılar əsəri dövlət başçısının tarixi liderliyinin, Zəfər strategiyasının və müasir müstəqil Azərbaycanın quruculuq mərhələsinin bədii təcəssümü kimi dəyərləndiriblər.
Tədbirin təşkilatçıları Xəyal Abdullayev , Dilbər Coşqunsoy, həmçinin yazar Gülər Coşqunsoy özü çıxışlarında tədbir iştirakçılarına təşəkkürlərini bildirərək qeyd ediblər ki, hər iki əsər xalqın Vətən sevgisinə və milli dirçəliş ruhuna həsr olunub.
Tədbir Zəfər ruhunu və milli həmrəyliyi əks etdirən ab-havada, yazıçının sözlərinə bəstələnmiş “Milli Xilaskar” mahnısının ifası ilə başa çatıb.
×
Digər xəbərlər



