Dunay çayında turist qayığı batıb, 7 nəfər ölüb

2019-05-30 Baxış: 728
img

30.05.2019

Macarıstanın paytaxtı Budapeştdə Dunay çayında turist qayığı batıb.

ONA “Ukrİnform”-a istinadən xəbər verir ki, nəticədə 7 nəfər həlak olub, daha 19 nəfərin axtarışları davam edir.

Hadisə zamanı qayıqda 33 nəfərin olduğu bildirilir.

Qeyd edək ki, hadisə ötən gecə baş verib. Qəzanın başqa bir gəminin qayıqla toqquşması nəticəsində baş verdiyi bildirilir.