Şirkət avtomobili dərəyə aşdı : 2 nəfər öldü.

2019-06-04 Baxış: 597
img

04.06.2019

İyunun 3-də saat 13 radələrində Yasamal rayonu Yeni Dairəvi yolun kənarındakı dərədə aşmış vəziyyətdə olan “Daewoo” markalı avtomobil və onun yanında kişi və qadın meyiti olması barədə DİN-in “102- Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olmuşdur.

MAYAKİNFO xəbər verir ki, Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla avtomobilin MMC-lərdən birinə məxsus olması, meyitlərin Bakı şəhər sakini V.Abbasov və Sabirabad rayon sakini A.Əliyeva olması, V.Abbasovun idarə etdiyi “Daewoo” markalı avtomobili dərəyə aşırması nəticəsində onların ölməsi müəyyən edilmişdir.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.