Bakıda itkin düşmüş 3 yaşlı qız tapılıb

2019-06-06 Baxış: 596
img

06.06.2019

İtkin düşmüş 3 yaşlı Zəhra Bağırzadə tapılıb.

APA-nın məlumatına görə, hazırda uşağın səhhəti qaydasındadır.

Qeyd edək ki, 2 gün əvvəl Z. Bağırzadə evlərinin qarşısından naməlum şəraitdə yoxa çıxıb.

********

Bakının Sabunçu rayonunda 3 yaşlı qız itkin düşüb.

Yaxınlarının APA-ya verdiyi məlumata görə, Sabunçu qəsəbəsində azyaşlı Zəhra Bağırzadə dünən evlərinin qarşısında oynayarkən, naməlum şəraitdə yoxa çıxıb.

Ətrafdakı müşahidə kameralarına baxılarkən, naməlum kişinin onun əlindən tutaraq, özü ilə apardığı müşahidə olunub.

Faktla bağlı araşdırma aparılır.