Keçid dövründə olan dünyada qlobal sabitliyin təmin olunması beynəlxalq əməkdaşlıq və dialoqun gücləndirilməsini zəruri edir.

Müasir beynəlxalq münasibətlər sistemi mürəkkəb və
ziddiyyətli mərhələdən keçir. Geosiyasi qarşıdurmaların artması, regional münaqişələr
və təhlükəsizlik problemləri göstərir ki, dünya yeni transformasiya dövrünü
yaşayır. Məhz belə bir şəraitdə dövlətlər arasında dialoqun və qarşılıqlı
etimadın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Bu baxımdan İlham Əliyev-in Bakıda keçirilən XIII
Qlobal Bakı Forumunun açılış mərasimində səsləndirdiyi fikirlər qlobal gündəliyin
mühüm istiqamətlərini əhatə edir. Dövlət başçısı çıxışında müasir beynəlxalq
münasibətlər sistemində baş verən dəyişikliklərə diqqət çəkərək bildirdi ki,
dünya hazırda keçid dövrünü yaşayır və bu dövr yeni çağırışlarla müşayiət
olunur. Bu baxımdan dövlətlər arasında əməkdaşlıq və dialoq daha da
aktuallaşır.
Prezident çıxışında Qlobal Bakı Forumunun artıq
nüfuzlu beynəlxalq platformaya çevrildiyini qeyd edərək vurğuladı ki, bu forum
müxtəlif ölkələrdən olan siyasi liderləri, ekspertləri və ictimai xadimləri bir
araya gətirərək qlobal problemlərin müzakirəsi üçün mühüm imkan yaradır. Belə
beynəlxalq platformaların əsas məqsədi fikir ayrılıqlarını dərinləşdirmək
deyil, əksinə, onları aradan qaldırmaq və ortaq yanaşmalar formalaşdırmaqdır.
İlham Əliyev çıxışında qeyd etdi ki, bu gün beynəlxalq
münasibətlər sistemində etimad böhranı müşahidə olunur və bu vəziyyət bir sıra
regionlarda yeni gərginlik ocaqlarının yaranmasına səbəb olur. Dövlət başçısı
belə bir şəraitdə dialoqun alternativsiz olduğunu vurğulayaraq bildirdi ki,
müasir dünyada problemlərin həlli yalnız əməkdaşlıq və qarşılıqlı hörmət əsasında
mümkündür.
Azərbaycanın beynəlxalq siyasətində də məhz bu
prinsiplər əsas yer tutur. Ölkəmiz çoxtərəfli əməkdaşlığın və konstruktiv
dialoqun tərəfdarı kimi çıxış edir. Azərbaycanın müxtəlif beynəlxalq
platformalara ev sahibliyi etməsi və qlobal təşəbbüslərdə fəal iştirakı da bu
siyasətin nəticəsidir.
Qlobal Bakı Forumu artıq uzun illərdir ki, beynəlxalq
münasibətlər sistemində mühüm müzakirə platformalarından biri kimi tanınır.
Müxtəlif ölkələrdən gələn liderlər və ekspertlər burada dünya gündəliyində olan
məsələlər ətrafında fikir mübadiləsi aparır, mövcud problemlərin həlli yollarını
müzakirə edirlər.
Beləliklə, bu forum yalnız siyasi dialoq üçün deyil, həm
də beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üçün mühüm rol oynayır. Müasir
dünyanın mürəkkəb və dəyişkən şəraitində isə məhz bu cür platformalar qlobal
sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verir.
Elşən Ağalarov,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini
Digər xəbərlər



