XIII Qlobal Bakı Forumunun hədəfi qlobal dialoqa və əməkdaşlığa töhfə verməkdir

Martın
12-də Bakıda «Gülüstan» sarayında Prezident İlham Əliyevin himayəsi altında və
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə «Keçid dövründə olan
dünyada fikir ayrılıqlarının aradan qaldırılması» mövzusunda XIII Qlobal Bakı
Forumu öz işinə başladı. Qeyd edək ki, bu tədbirin təşkilatçısı olan Nizami Gəncəvi
Beynəlxalq Mərkəzi dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına əsasən, dahi
Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində
2012-ci ildə böyük mütəfəkkirin Vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis
edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə
dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib.
Sözügedən
beynəlxalq tədbir sülh, təhlükəsizlik və dayanıqlı inkişaf mövzularında qlobal
dialoqa və əməkdaşlığa töhfə verməyi hədəfləyir. Forum dünya liderlərini,
nüfuzlu ekspertləri və beynəlxalq təşkilatları bir araya gətirərək, qlobal
çağırışlara qarşı birgə həll yollarının müzakirə olunduğu vacib platforma
rolunu oynayır. Müxtəlif regionlardan iştirakçıların qatılması Forumun
genişmiqyaslı təsirini və beynəlxalq arenada əhəmiyyətini, ölkəmizin beynəlxalq
dialoqa verdiyi töhfəni və multilateralizmə sadiqliyini bir daha nümayiş
etdirir. Bu, həm də Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş, sülh və
sabitlik naminə təşəbbüslərə ev sahibliyi edən bir ölkə kimi nüfuzunu artırır.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün
sabitlik və təhlükəsizlik adasına çevrilib. Ölkəmiz siyasi-ictimai sabitliyi,
dinamik iqtisadi inkişafı, uğurlu xarici siyasəti və sosial rifah səviyyəsi ilə
beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
Prezident
İlham Əliyev XIII Qlobal Bakı Forumundakı çıxışında bildirdi ki, «Bu gün Nizami
Gəncəvi Beynəlxalq Mərkəzi genişspektrli məsələləri əhatə edən və çox yüksək
beynəlxalq nüfuza malik aparıcı beynəlxalq qurumlardan biridir. Mərkəzin fəaliyyətini
il ərzində diqqətlə izləyirəm, bir qlobal forumdan digərinə keçərkən görürəm
ki, fəaliyyət sahəsi getdikcə genişlənir.»
Prezident
İlham Əliyev çıxışında 30 ilik işğal dövrü ilə yanaşı, 44 günlük İkinci Qarabağ
müharibəsinin reallıqlarını da diqqətə çatdırdı. Bildirdi ki, «2020-ci ilin 44
günlük Vətən müharibəsi zamanı ərazilərimizi güc vasitəsilə azad etmək təcrübəsini
qazandıq və bu da mühüm göstəricidir. Əgər sülh yolu ilə həll üçün bütün ümid
itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə
nail olmaq üçün gücdən istifadə etmək zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə
güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail
olduq. Bu da müasir tarixdə, müasir dedikdə son onilliklərdə nadir bir təcrübədir.»
Müzəffər
Ali Baş Komandanımz Forumdakı çıxışında Azərbaycanın enerji təcrübəsindən də
geniş danışdı: «Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin
ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır» deyən cənab
İlham Əliyev bildirdi ki, Azərbaycan bütün enerji seqmentlərinin – neft, qaz,
neft məhsulları, neft-kimya məhsulları və elektrik enerjisinin istehsalı,
ixracı ilə məşğuldur. Bazarda tələb və tədarük coğrafiyasının genişlənməsi ilə
bağlı ixracımızı, xüsusilə təbii qaz və elektrik enerjisinin ixracını artırmağı
planlaşdırırıq. Düz bir il əvvəl görüşdüyümüz zaman bizdən qaz alan ölkələrin
sayı 12 idi. Bir il ərzində bu göstərici 16-ya yüksəldi və onların hamısı Azərbaycandan
qazı boru kəmərləri vasitəsilə alır. Beləliklə, boru kəmərləri vasitəsilə təbii
qaz ixracatçısı kimi, ölkələrin coğrafi əhatəsinə görə Azərbaycan dünyada
birinci yerdədir.»
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri
Digər xəbərlər



