Cənab Prezidentin hər çıxışı Azərbaycanın qüdrətinin təsdiqidir

Martın
12-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı
ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması”
mövzusunda keçirilən XIII Qlobal Bakı Forumu və həmin Forumda Müzəffər Ali Baş
Komandanın çıxışı müharibədən əziyyət çəkən, sülh arzusunda olan dünyamız üçün
yol xəritəsidir. Prezident İlham Əliyev çıxışında sülh və müharibə arasında
paralellər aparıb, sülhə alternativin olmadığını konkret nümunələr əsasında
Forum iştirakçılatının, eləcə də dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Dövlət
başçısı qeyd etdi ki, bəşəriyyətin tərəqqisi və inkişafını sitimullaşdıra biləcək
yeganə amil sülhdür. Buna görə də planetimizdə sülhün bərqərar olması üçün hər
bir dövlət ciddi səy göstərməli, həmrəylik nümayiş etdirməlidir.
Dövlət
başçısı Azərbaycanla Ermənistan arasında uzun illərdir ki, davam edən müharibə
və münaqişəyə də diqqət çəkib. Müzəffər Ali Baş Komandan bildirib ki, məhz Azərbaycanın
ardıcıl səyləri, sülhə sadiqliyi nəticəsində iki dövlət arasında müharibəyə son
qoyulub, de-fakto olaraq sülh təmin edilib. 2025-ci ildə Vaşinqtonda Azərbaycanla
Ermənistan arasında sülh mətni paraflanıb ki, bu da de-yure sülh üçün əlverişli
zəmin formalaşdırıb. Prezident İlham Əliyev çıxışnda yaxın tarixi keçmişə diqqət
çəkərək Azərbaycanın öz ərazi bütövlüyünü hərbi əməliyyatlar yolu ilə bərpa
etdiyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Ermənistan işğal etdiyi
torpaqları azad etməkdən imtina etdiyi üçün Azərbaycan BMT Nizamnaməsi, onun
51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququ çərçivəsində ərazi
bütövlüyünü təmin edib. Yəni Azərbaycan güc faktorunu məcbur qaldığı üçün, beynəlxalq
hüquq çərçivəsində tətbiq edib və öz məqsədinə nail olandan dərhal sonra
müharibəni dayandırıb.
Bütün
bunları nəzərə alaraq əminliklə bildirirəm ki, XIII Qlobal Bakı Forumu beynəlxalq
sülh prosesinə ciddi dəstək verəcək, dünyamızın müharibə və münaqişlərdən sülhə
doğru addımlamasını böyük ölçüdə sitimullaşdıracaq.
Pərvanə
Səfərova,
YAP
fəalı, Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi
Digər xəbərlər



