ADPU Tarix və coğrafiya fakültəsində 31 mart Azərbaycanlıların soyqırımının 108-ci ilinə həsr olunmuş elmi-praktiki seminar keçirilib

2026-04-02 Baxış: 6
img

Ötən gün ADPU Tarix və coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyəti Quba Soyqırımı Memorial Kompleksi ilə birgə 31 mart Azərbaycanlıların soyqırımının 108-ci ilinə həsr olunmuş “Mart soyqırımı: dünənin tarixi, bu günün yaddaşı” adlı elmi-praktiki seminar keçirib.

TEC sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Taleh Cəfərov tədbiri giriş sözü ilə açıb. Soyqırımı zamanlı, eləcə də l və II Qarabağ müharibələri zamanı şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra məruzə edən AMEA-nın Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Həsən Səfəri 1918-ci ildə ermənilərin xalqımıza qarşı soyqırımının ən ağır faciələrinin məhz Cənubi Azərbaycan şəhərlərində -Xoy, Səlmas, Təbrik və digərlərində baş verdiyini qeyd edib.

Daha sonra məruzə edən Quba Soyqırımı Memorial Kompleksinin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Mart qırğınının hüquqi tərəflərinə, onun soyqırımı olmasının əsaslarını, bunun üçün Təbrizdə kitab çap etdirdiyini bildirib.

O zaman ermənilərin Arazın o tayında ümumilikdə 130-dən çox dinc əhalini qətlə yetirdiyini və burada xristian dövlətin yaradılması planlaşdırıldığı vurğulanıb.

Daha donra məruzə edən Fakültə TEC sədri, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov mart hadisələrini doğuran səbəblər, onun gedişatı, coğrafiyası, soyqırımın tətbiqi üsulları, dəymiş zərərin miqyası, soyqırımın cəlladlarının gizli planları və digər məsələr ətrafında əhatəli çıxş edib.

Sonra mart soyqırımına dair video çarx nümayiş etdirilb.

Sonra Fakültə TEC tələbələri Həmzəyeva Zəhra və Quliyeva Aytac çıxış edərək 1918-ci ildə Zəngəzur, Naxçıvan və Qarabağda, eləcə də Quba və Şamaxı qəzalarında erməni cəlladları, Andranik Ozanyan, Dro Kanyan, Hamazasp və Lalayanın Şaumyanın tapşırığı əsasında dinc türk-müsəlman əhaliyə qarşı amansız şəkildə soyqırımı törətdikləri qeyd olunub.

Sonda qonaqlara xatirə fotosu çəkilib.