Neftçalada motosikletlə "Niva" toqquşdu: 3 nəfər yaralandı.

2019-06-08 Baxış: 961
img

08.06.2019

Bu gün 11:40 radələrində  Neftçala şəhərinin Məhəmməd Əsədov və Şirəli İman küçələrinin kəsişməsində "Dnepr" markalı yük motosikleti ilə Chevrolet "Niva" markalı avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. 

MAYAKİNFO xəbər verir ki,  Lerik rayon Küsəkəran kənd sakini Qurbanov Akif Zakir  oğlunun idarə etdiyi 43-BC-931 Dövlət Qeydiyyat Nişanlı Chevrolet Niva markalı avtomobilin vurduğu zərbədən motosikletin sürücüsü Əvəz adlı Neftçala şəhər sakini ağır, yük yerində olan 2 nəfər Neftçala şəhər sakini, Rəşid və Rəşad Rəhimov qardaşları yüngül xəsarət almışdır. Yaralıların hər üçü Neftçala Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib. 

Qeyd edək ki,  Akif Qurbanov köçəri heyvandarlıqla məşğul olan fermer kimi müvəqqəti olaraq Neftçala rayonu ərazisində məskunlaşıb.