Akademik Zərifə xanım Əliyeva böyük alim olmaqla bərabər, həm də yüksək mənəvi keyfiyyətlərə malik insan idi

Azərbaycanın elmi ictimaiyyəti üçün xüsusi əhəmiyyət
daşıyan anım günlərindən biri də 15 aprel tarixidir. Hər ilin bu günü görkəmli
oftalmoloq alim, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər
Akademiyasının akademiki Zərifə Əliyevannın anım günüdür. Zərifə xanımın
zəngin elmi fəaliyyəti və humanistliyi respublikamızın səhiyyə sisteminin
inkişafında mühüm mərhələ təşkil etmişdir. Xüsusilə, oftalmologiya sahəsində
fundamental elmi məktəb yaratmışdır. Onun alim kimi fəaliyyəti təkcə elmi
nailiyyətlərə deyil, eyni zamanda, tibbin təşkilati və profilaktik
istiqamətlərinin genişlənməsinə həsr olunmuşdur.
Burada
diqqətçəkən önəmli məsələlərdən biri də Zərifə xanımın Azərbaycan səhiyyəsinin
inkişafında yeni və müasir yanaşmalara üstünlük verməsi olmuşdur. Onun traxoma
kimi ağır xəstəliyə qarşı apardığı məqsədyönlü mübarizə nəticəsində bu sosial bəlanın
ölkəmizdə aradan qaldırılması gerçəkləşmişdir. Həmçinin qlaukoma və digər
göz xəstəliklərinin öyrənilməsi istiqamətində apardığı tədqiqatlar müasir
oftalmologiyanın inkişafına mühüm töhfələr vermişdir.
Akademik
Zərifə Əliyeva böyük alim olmaqla bərabər, həm də yüksək mənəvi keyfiyyətlərə
malik, insanlara sevgi və qayğı ilə yanaşan humanist xanım idi. Azərbaycanın
Ümummilli Lideri Heydər Əliyevin də vurğuladığı kimi, «Zərifə xanım insanları
sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən
imtina etməzdi. Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən
Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim və
ictimai xadim olaraq əsl insanlıq zirvəsinə yüksəlmişdir».
Ulu
Öndərin bu fikirləri bir daha gösətərir ki, Zərifə xanım zəngin daxili aləmi
ilə insanlara sevinc bəxş edən işıqlı mənəviyyata sahib idi.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev də Zərifə xanımın şəxsiyyətinə
yüksək dəyər verərək qeyd edir ki, mənim həyat fəlsəfəmin əsasında
uşaqlıqdan formalaşan xeyirxahlıq, şəfqət və insanlara sevgi dayanır: « İnsan
xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir və Zərifə xanım bu dəyərləri
bütün həyatı boyu yaşadaraq ətrafına ötürmüşdür.»
Zərifə
xanım Əliyeva həm də böyük pedaqoq və elm təşkilatçısı kimi Azərbaycan səhiyyəsində
mühüm rol oynamış, yüzlərlə gənc həkimin yetişməsinə nail olmuşdur.
Akademikin elmi əsərləri, monoqrafiyaları və dərs vəsaitləri bu gün
də öz aktuallığını qoruyaraq mütəxəssislər tərəfindən dəyərli elmi mənbə
kimi istifadə olunur.
Bu
gün Zərifə xanım Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzinin fəaliyyəti
onun ideyalarının və elmi məktəbinin uğurla davam etdirildiyini göstərir.
Akademikin zəngin irsi Azərbaycan tibb elminin inkişafında mühüm rol oynamaqda
davam edir. Ölkə ictimaiyyəti Zərifə Əliyevanın əziz xatirəsini dərin
hörmət və ehtiramla yad edir, onun həyat yolunu gələcək nəsillər üçün parlaq
nümunə hesab edir. Bu dəyərli insanın adı Azərbaycan tarixində daim uca
tutulacaq, xatirəsi isə xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Bəli,
bu da bir həqiqətdir ki, məhz İlham Əliyev kimi Müzəffər Ali Baş Komandanı,
böyük dövlət xadimini dünyaya gətirən və onu ləyaqətli, vətənpərvər övlad kimi
yetişdirən Zərifə xanım kimi anaların yeri həmişə cənnətməkandır.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri.
Digər xəbərlər



