15 aprel oftalmoloq alim, akademik Zərifə Əliyevanın anım günüdür.

15
aprel gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə
birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım günüdür.
XX
əsr Azərbaycan tarixinin görkəmli simalarından sayılan Zərifə xanım 1923-cü il
aprelin 28-də qədim Naxçıvanın Şahtaxtı kəndində görkəmli ictimai və dövlət
xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açıb.
Atasının ömür yolu onun üçün əsl həyat məktəbinə çevrilib.
Zərifə
xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün
mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin -
ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və
etibarlı silahdaşı olub.
Akademik
Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin
tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin ve əhatəli
olmuşdur. Akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına
mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları
ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin
yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına
güclü təsir göstərmişdir. İşinin peşəkarı, tələbkar həkim, tibb elmində böyük
nailiyyətlərə imza atmış ciddi elm adamı olmaqla yanaşı, səmimiyyətinə,
xeyirxahlığına, yüksək intellektinə, diqqət və qayğısına görə Zərifə xanım
Əliyeva xalqının dərin məhəbbətini qazanmış əsl ziyalıdır.
Zərifə
Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. Ötən əsrin
30-40-cı illərindən etibarən Azərbaycanda yayılan və 50-ci illərdə də davam edən
traxoma xəstəliyinin qarşısının alınması məhz onun adı ilə bağlıdır.
Zərifə
xanım kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin
öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir
problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik
oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin
müəllifidir. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə
Əliyeva yazmışdı.
Zərifə
xanım bir həkim, alim və vətəndaş kimi bütün ömrü boyu xalqı üçün çalışıb və
onun bir həkim kimi səhiyyənin inkişafında oynadığı rol, insanların sağlamlığı
yolunda gördüyü işlər və digər onun haqqındakı əbədi xatirələr xalqın
yaddaşında daim yaşayır.
İsmayıl Salmanov,
YAP Hacıqabul rayon təşkilatının məsləhətçisi.
Digər xəbərlər



