Zərifə Əliyeva ictimai fəaliyyəti ilə Azərbaycan cəmiyyətində nümunəvi şəxsiyyət kimi tanınmışdır.

Azərbaycan tibb elminin
görkəmli nümayəndəsi, akademik Zərifə Əliyeva yalnız elmi nailiyyətləri ilə
deyil, eyni zamanda genişmiqyaslı ictimai fəaliyyəti ilə də cəmiyyət həyatında
mühüm iz qoymuşdur. Onun həyat yolu elm, humanizm və ictimai məsuliyyət
prinsiplərinin vəhdətini özündə ehtiva edən nümunəvi bir model kimi diqqəti cəlb
edir. Zərifə Əliyevanın ictimai fəaliyyəti Azərbaycan cəmiyyətində sosial həmrəyliyin
gücləndirilməsinə, səhiyyə sahəsində maarifləndirmənin genişlənməsinə və
humanist dəyərlərin təşviqinə xidmət etmişdir.
Zərifə Əliyeva ictimai fəaliyyətində
hər zaman insan amilini ön planda saxlamışdır. O, cəmiyyətin müxtəlif təbəqələrinin
sağlamlığının qorunmasını əsas prioritetlərdən biri hesab edirdi. Bu baxımdan, əhali
arasında tibbi maarifləndirmənin aparılması, profilaktik tədbirlərin təşkili və
sağlam həyat tərzinin təbliği istiqamətində onun fəaliyyəti xüsusi əhəmiyyət
daşıyırdı. Akademikin təşəbbüsləri nəticəsində müxtəlif bölgələrdə tibbi müayinələrin
təşkili, əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm
addımlar atılmışdır.
Onun ictimai fəaliyyətinin
mühüm istiqamətlərindən biri də sosial həssas qruplara göstərilən diqqət və
qayğı olmuşdur. Zərifə Əliyeva kimsəsiz uşaqlar, aztəminatlı ailələr və
sağlamlıq imkanları məhdud olan şəxslərlə bağlı həyata keçirilən tədbirlərdə
yaxından iştirak etmiş, onların problemlərinin həllinə öz töhfəsini vermişdir.
Bu fəaliyyət onun yüksək mənəvi keyfiyyətlərinin və insanpərvərliyinin bariz təzahürü
idi.
Akademik Zərifə Əliyeva səhiyyə
sisteminin inkişafı və təkmilləşdirilməsi istiqamətində də fəal mövqe nümayiş
etdirmişdir. O, tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, tibbi
xidmətlərin keyfiyyətinin artırılması və müasir tibbi metodların tətbiqi ilə
bağlı mühüm təşəbbüslərlə çıxış etmişdir. Onun bu istiqamətdəki fəaliyyəti ölkədə
səhiyyə sahəsinin inkişafına ciddi təkan vermişdir.
Zərifə Əliyeva eyni zamanda
qadınların cəmiyyət həyatında fəal iştirakının tərəfdarı olmuş, onların elm və
səhiyyə sahəsində daha geniş təmsil olunmasını dəstəkləmişdir. O, öz fəaliyyəti
ilə Azərbaycan qadınının yalnız ailə çərçivəsində deyil, həm də ictimai və elmi
sahələrdə uğurla fəaliyyət göstərə biləcəyini sübut etmişdir. Bu baxımdan, onun
həyat yolu qadınlar üçün böyük ilham mənbəyi olmuşdur.
Akademikin ictimai fəaliyyəti
dövlət və cəmiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Onun həyata
keçirdiyi təşəbbüslər, göstərdiyi xidmətlər və formalaşdırdığı ənənələr bu gün
də davam etdirilir və inkişaf etdirilir. Bu isə bir daha sübut edir ki, Zərifə
Əliyevanın fəaliyyəti yalnız öz dövrü ilə məhdudlaşmamış, uzunmüddətli təsir
gücünə malik olmuşdur.
Bu gün Zərifə Əliyevanın
adı Azərbaycan cəmiyyətində yüksək hörmət və ehtiramla çəkilir. Onun ictimai fəaliyyət
sahəsində göstərdiyi xidmətlər, formalaşdırdığı humanist yanaşma və sosial məsuliyyət
anlayışı müasir dövrdə də актуallığını qoruyur. Akademikin fəaliyyəti gənc nəsil
üçün örnək olmaqla yanaşı, cəmiyyətin inkişafında fəal iştirakın vacibliyini
bir daha nümayiş etdirir.
Beləliklə, Zərifə
Əliyevanın ictimai fəaliyyəti onun çoxşaxəli həyat yolunun mühüm tərkib hissəsi
kimi Azərbaycan tarixində özünəməxsus yer tutur. O, yalnız böyük alim deyil, həm
də cəmiyyətə xidmət etməyi həyatının əsas məqsədlərindən birinə çevirən nümunəvi
şəxsiyyət kimi yadda qalmışdır.
Səmədağa Hümbətov,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının
sədri
“İODICO” MMC-nin əməkdaşı
Digər xəbərlər



