4 minə yaxın siqareti ölkəyə qanunsuz keçirmək cəhdinin qarşısı alınıb

2019-06-10 Baxış: 611
img

10.06.2019

Gürcüstandan Azərbaycana gələn avtomobildə spirtli içki və külli miqdarda siqaret aşkar olunub.

Dövlət Gömrük Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən MAYAKİNFO-ya verilən xəbərə görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz 21154" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin salonunda 3800 ədəd "Parliament Carat" markalı siqaret, 10 ədəd "Nemiroff 1L" markalı araq aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.