Daxili orqanlarında ölkəmizə narkotik keçirmək istəyən iranlı qadınlar saxlanılıb.

2019-06-10 Baxış: 591
img

10.06.2019

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında piyada yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn həmin ölkə vətəndaşları - Shirmohammadi Kargar Nasrin Saleh qızı və Shirmohammadi Kargar Manizeh Saleh qızı Astara gömrük postunda saxlanılıb və onlara məxsus əl yükünə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən MAYAKİNFO-ya verilən məlumata görə, bu zaman onlara məxsus əl çantasındakı geyim əşyalarının arasında sellofona bükülü 1 ədəd bağlama aşkar edilib. Daha sonra hər iki şəxsin daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Nəticədə hər iki xanım vətəndaşın daxili orqanlarından daha 3 ədəd bağlama aşkarlanıb. Ümumilikdə 4 ədəd bağlamada, çəkisi 254 qram olan ağ, kristal şəkilli psixotrop maddə-metamfetamin olduğu məlum olub. 

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.