Minifutbol üzrə Neftçala rayon turnirinin final mərhələsi və mükafatlandırma mərasimi keçirilib.
2026-05-12
Baxış: 2

YAP Neftçala rayon təşkilatının və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş idarə, müəssisə və təşkilatların komandaları arasında minifutbol idman növü üzrə Neftçala rayon turnirinin final mərhələsi və qalib komandaların mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Vasif Əliyev, Neftçala rayon gənclər və idman sektorunun müdiri Araz Əhmədov, təşkilatçı qurumların nümayəndələri və tədbirdə çıxış edən komandalar iştirak ediblər.
Final mərhələsində III yerə “Xilasedici” komandası yüksəlib.
Birincilik uğrunda “Polis” və “Lider” komandaları qarşılaşıb, “Polis” komandası I yerin, “Lider” komandası isə II yerin qalibi olub.
Qalib komandaların bütün üzvləri, fərqlənən futbolçu və hakimlər YAP Neftçala rayon təşkilatı və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlar, medal və kuboklarla təltif edilib.
×
Digər xəbərlər



