Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri Qəbələdə görüşəcək

2019-06-11 Baxış: 603
img

11.06.2019

İyunun 12-də Qəbələ şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçiriləcək.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.