Sumqayıtda məktəb direktoru işdən çıxarılıb

2019-06-18 Baxış: 688
img

18.06.2019

Sumqayıtda məktəb direktoru tutduğu vəzifədən azad olunub.

MAYAKİNFO-nun APA-dan aldığı məlumata görə, Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyeva müvafiq əmrlə tutduğu vəzifədən azad edilib.

Xatırladaq ki, Ruhiyyə Tağıyeva 2016-cı ilin aprel  ayından noyabr ayına kimi Sumqayıt şəhər təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.

Həmin ilin dekabr ayında isə sözügedən məktəbin direktoru təyin olunub.