Bakı-Batumi-Bakı istiqaməti üzrə yeni avtobus reysi açılır

2019-06-20 Baxış: 706
img

20.06.2019

İyulun 1-dən hər həftənin bazar ertəsi, çərşənbə və cümə  günləri Bakı vaxtı ilə saat 18:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Batumi istiqaməti üzrə avtobus reysi fəaliyyətə başlayacaq.  Avtobus Batumi şəhərinə növbəti gün saat 10:00-da çatacaq.  Avtobusun Batumidən geriyə yola düşmə vaxtı isə həftənin çərşənbə, cümə və bazar günləri saat 10:00-da olacaq.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) “APA-Economics”ə verilən məlumata əsasən, biletin bir istiqamət üzrə qiyməti 40.00 AZN təşkil edir.

Sərnişinlər Bakı-Batumi-Bakı reysinə biletləri “avtovagzal.az” saytı və mobil tətbiq vasitəsilə “onlayn” qaydada, həmçinin BBAK-in kassalarından ala bilərlər.