YAP Neftçala Rayon Təşkilatı "Nəsimi-650" qiraət müsabiqəsi keçirib.

2019-06-21 Baxış: 952
img

21.06.2019

İyunun 21-də Neftçala Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Neftçala Rayon Təşkilatının təşkilatçılığı ilə  "Nəsimi - 650" adlı qiraət müsabiqəsi keçirilmişdir. 

MAYAKİNFO xəbər verir ki, müsabiqəyə Neftçala rayon ümümtəhsil məktəblərinin IX, X və XI siniflərində təhsil alan 20 nəfər şagird qatılaraq dahi Azərbaycan şairi İmadəddin Nəsiminin yaradıcılığından müxtəlif qəzəllər səsləndirmişlər. Münsiflər heyərinin yekun qərarı ilə Hüseynzadə Əlimirismayıl  I yerə, Əmirli Mirtalib II yerə, Əsgərova Xədicə III yerə layiq görülmüşdür. Qaliblər YAP Neftçala rayon təşkilatının hazırladığı "Fəxri Fərman"la  təltif olunmuşdur. Bundan başqa müsabiqədə fəal iştirak edən digər şagirdlər də partiya rəhbərliyi tərəfindən mükafatlandırılmışdır. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu il "Nəsimi" ili elan olunmuşdur.