Neftçalada 66 yaşlı piyada vuruldu

2019-06-24 Baxış: 1157
img

24.06.2019

Neftçalada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

MAYAKİNFO xəbər verir ki, hadisə dünən gecə saat 11:00 radələrində Neftçala şəhərinin H.Əliyev prospektində qeydə alınıb. Neftçala rayon Mayak kənd sakini Əliyev Namiq Əbilhəsən oğlu idarə etdiyi 47-BD-326 Dövlət Qeydiyyat Nişanlı VAZ-2106 markalı avtomobili ilə yolu keçmək istəyən Neftçala şəhər sakini 1953-cü il təvəllüdlü Nəbiyev Qulu Rəşid oğlunu vurub. Ağır kəllə-beyin travması alan piyada Neftçala Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.