19 yaşlı oğlan bacısını öldürüb
                     
                      2019-06-27
                      Baxış: 942
                   
                 
27.06.2019
Bakıda qətl törədilib.
MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb.
Şəhər sakini, 2000-ci il təvəllüdlü Qalib Turabov münaqişə zəmində bacısı, 1998-ci il təvəllüdlü Pərvanə Turabovanı bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Digər xəbərlər
                
                


