Neftçalada zəncirvari qəza baş verib

2019-06-28 Baxış: 1525
img

28.06.2019

Dünən 20:30 radələrində Neftçala şəhər H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şahidlərinin MAYAKİNFO-ya verdiyi məlumata görə, adı məlum olmayan polis əməkdaşı idarə etdiyi motosikletlə qadağan olunmuş yerdə ötmə əməliyyatı edərək H.Əliyev prospektində hərəkətdə olan Ələkbərov Samir Soltan oğluna məxsus 47-BA-642 Dövlət Qeydiyyat Nişanlı VAZ-2106 markalı avtomobilə çırpılıb. Hadisə baş verən zamanda yolayrıcında olan köməkçi yollardan baş yola çıxmaq istəyən Əhədova Həqiqət Əmir qızına məxsus 10-MR-909 Dövlət Qeydiyyat Nişanlı Nissan Murano markalı avtomobillə Manafov Ramilə məxsus 99-XL-017 Dövlət Qeydiyyat Nişanlı VAZ-2107 markalı avtomobil də toppuşub. Şahidlərin verdiyi məlumata görə baş verən ikinci qəzanın səbəbi sürücülərin diqqətinin baş vermiş birinci qəzada olması olub. 

Faktla bağlı araşdırma aparılır.