Neftçalada baş verən qəzada yaralananlardan biri dünyasını dəyişdi.

2019-07-10 Baxış: 1890
img

10.07.2019

Bu gün saat 21:00 radələrində Neftçala rayonunun Şirvanlı kəndi ərazisində "Mercedes" markalı avtomobilin aşması nəticəsində xəsarət alan 6 nəfərdən biri ölüb.

MAYAKİNFO xəbər verir ki, qəza baş verən vaxt avtomobildə olan sərnişinlərdən biri 1972-ci il təvəllüdlü Əmirov Şahlar Miraslan oğlu Neftçala Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***'**********

Neftçalada baş vermiş qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub. 


MAYAKİNFO-nun məlumatına görə, qəza zamanı avtomobildə olan şəxslər bunlar olmuşdur :


1. 1984-cü il təvəllüdlü Əmirov Mirzamir Seyidhəsən oğlu 


2. 1985-ci il təvəllüdlü Ağasiyev Tahir Əflatun oğlu 


3. 1978-ci il təvəllüdlü Ağayev Amil Qabil oğlu

4. 1972-ci il təvəllüdlü Əmirov Şahlar Miraslan oğlu 


5. 1977-ci il təvəllüdlü Əmirov Şahmar Miraslan oğlu 


6. 2012-ci il təvəllüdlü Əmirli Miraslan Şahmar oğlu 


***********************


Bu gün saat 21:00 radələrində Neftçala rayonunun Şirvanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


MAYAKİNFO xəbər verir ki, rayonun 1984-cü il təvəllüdlü Bankə qəsəbə sakini Əmirov Mirzamir Seyidhəsən oğlu idarə etdiyi 99-NS-345 Dövlət Qeydiyyat Nişanlı "Mercedes C" markalı avtomobili idarəetməni itirərək aşırmışdır. Hadisə nəticəsində avtomobildə olan 1 nəfəri azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Neftçala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmişdir.