Neftçalada motosiklet aşıb.

2019-07-11 Baxış: 1116
img

11.07.2019

Ötən gün axşam saatlarında Neftçala rayonunun Mirqurbanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

MAYAKİNFO - nun Virtualaz.org-dan əldə etdiyi məlumata görə, Mirqurbanlı kənd sakini, 32 yaşlı Elməddin Sərxan oğlu Həsənov yüksək sürətlə idarə etdiyi motosikletini aşırıb.

Hadisə nəticəsində ağır xəsarət alan motosikletçi Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.