"Azercell" yeni "010" operator kodunu istifadəyə verəcək

2019-08-02 Baxış: 855
img

02.08.2019

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telekom" şirkəti yeni operator kodunu (prefiksi) istifadəyə verəcək. Bunu "APA-Economics"ə mobil rabitə sahəsindəki etibarlı mənbə deyib.

Operatorun yeni prefiksi "010" olacaq. Beləliklə, bundan sonra şirkət üç operator koduna ("050", "051" və "010") malik olacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti də yeni prefiksi istifadəyə verməyi planlaşdırır.