Balakən RPŞ-yə yeni rəis müavini təyin edilib

2019-08-05 Baxış: 585
img

05.08.2019

Daxili işlər orqanlarında yeni təyinat olub.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Səbail Rayon Polis İdarəsini 9-cu Polis Bölməsinin rəis müavini polis mayoru Anar Məmmədov tutduğu vəzifədən azad edilərək Balakən Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.