Putin Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif etdi

2019-08-13 Baxış: 600
img

13.08.2019

Rusiya prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif edib.

MAYAKİNFO “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə prezidentin rəsmi internet saytında məlumat yerləşdirilib.

Birinci vitse-prezident bu mükafata Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və gücləndirilməsində göstərdiyi xidmətlərə görə layiq görülüb.