Neftçalada 24 yaşlı gənc intihar edib - Foto

2019-08-18 Baxış: 1201
img

18.08.2019      09:05

Neftçala rayonunun Bala Surra kəndində intihar hadisəsi baş verib.

MAYAKİNFO xəbər verir ki, Neftçala rayon Bala Surra kənd sakini 1995-ci il təvəllüdlü Ələkbərov Sabir Əli oğlu səhər saat 5 radələrində həyətlərindəki yarımtikilidən özünü asaraq intihar etmişdir. İntihar etmiş gəncin meyiti səhər saat 8 radələrində aşkar edilib. 

Kənd sakinlərinin verdiyi məlumata görə, Sabir özünə qəsd etməmişdən əvvəl məktub yazaraq bu işdə heç kimin günahının olmadığını , həyatının sonunun olduğunu bildirmişdir.

Faktla bağlı araşdırma aparılır.