Azərbaycanın İnterpol xətti ilə axtarışa verdiyi qadın tutulub

2019-08-26 Baxış: 844
img

Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən qadın tutulub.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən APA-ya verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin insan alveri maddələri ilə 2018-ci ildən axtarışa verilmiş və barəsində həbs qətimkan tədbiri seçilmiş Tovuz rayon sakini, 1983-cü il təvəllüdlü Kazımova Natəvan İbrahim qızı tutularaq istintaq orqanına təhvil verilib.