İran məktəblərində Azərbaycan dili tədris olunacaq

2019-08-26 Baxış: 518
img

Cari tədris ilindən İranın Şərqi Azərbaycan vilayətinin orta ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisinə başlanılacaq.

MAYAKİNFO xəbər verir ki, 2017-ci ildə ikinci dəfə prezident seçilən Həsən Ruhani Təbrizdə yerli əhali ilə keçirdiyi seçkiqabağı görüşündə Şərqi Azərbaycan vilayətindəki məktəblərdə Azərbaycan dilinin tədris olunacağı barədə söz verib. Prezident seçicilərinə verdiyi sözü tutaraq Azərbaycan dilinin tədrisinə icazə verib.

Vilayətin rəhbəri Cəfər Paşai bildirib ki, Təhsil nazirinin əmrinə əsasən, orta məktəblərdə şagirdlərə həftədə 2 dəfə Azərbaycan dili tədris olunacaq.