“Formula-1” üzrə 2020-ci ildə keçiriləcək Azərbaycan Qran-prisinin vaxtı dəqiqləşib

2019-08-29 Baxış: 676
img

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb.

MAYAKİNFO-nun məlumatına görə, 2020-ci ildə təşkil olunacaq yarış iyunun 7-də baş tutacaq.

Gələn il keçiriləcək dünya çempionatı ilk dəfə 22 mərhələdən ibarət olacaq. Yarış həmişə olduğu kimi, martın 15-də Avstraliyanın Melburn şəhərində başlayacaq. Mövsüm BƏƏ-nin paytaxtı Abu-Dabidə sona çatacaq. Bu mərhələ noyabrın 29-na təsadüf edəcək.