Gömrükçülər Salyanda əməliyyat keçirdi, külli miqdarda narkotikin satılmasının qarşısı alındı.

2019-08-29 Baxış: 929
img

29.08.2019   12:35

Azərbaycan gömrükçüləri qeyri-qanuni yollarla ölkә әrazisinә gәtirilən külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısını alıblar.

Bu barədə MAYAKİNFO-ya Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Xəbərə görə, DGK Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsi İran İslam Respublikasından qeyri-qanuni yollarla Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin “Famil” adlı şəxs tərəfindən realizə ediləcəyi barədə daxil olan məlumat əsasında əməliyyat təbdiri həyata keçirib. Salyan şosesi, Noxudlu yolunun kənarında yerləşən restoranın qarşısında keçirilən əməliyyat tədbiri zamanı Azərbaycan vətəndaşı Yunusov Famil Şadiyar oğlu idarə etdiyi "VAZ 21154" markalı avtomobillə sözügedən əraziyə gəlib. Sonra avtomobildən enərək sellofan torbada olan narkotik vasitəni şərti alıcı kimi çıxış edən gömrük əməkdaşına satarkən saxlanılıb.

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsində həmin sellofan torbaya baxış zamanı 7 ədəd bağlamada olmaqla, qablaşdırma ilə birlikdə ümumi çəkisi 6 kiloqram 314 qram təşkil edən narkotik vasitə - həşiş aşkarlanıb.    

Faktla bağlı araşdırma aparılır.