Neftçalada dəhşətli avtomobil qəzası baş verib : 3 nəfər ölüb, 3 nəfər yaralanıb

2019-09-07 Baxış: 2290
img

07.09.2019.   15:44

Bu gün saat 15:00 radələrində Neftçala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

MAYAKİNFO xəbər verir ki, hadisə Nefçala- Xolqaraqaşlı avtomobil yolunda baş verib. Beli ki, Lexus avtomobili ilə Mercedes - in toqquşması nəticəsində 1961-ci il təvəllüdlü Lexus-un sürücüsü və digər avtomobildə olan 2017-ci il təvəllüdlü uşaq və digər bir nəfər dünyasını dəyişib. Yaralılar Neftçala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda qəzada ölən və xəsarət alanların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.