Neftçalada baş verən qəzada ölən və yaralananların kimliyi məlum oldu. Video

2019-09-07 Baxış: 8889
img

Neftçala rayonunda baş vermiş avtomobil qəzasında həlak olan və yaralananların kimliyi məlum olub. 

MAYAKİNFO  xəbər verir ki, 07 sentyabr 2019- cu il tarixdə Neftçala-Xol Qaraqaşlı yolunda Xol Qarabucaq kənd sakini 1983-cü il təvəllüdlü Həşimov Habil Əbülfəz oğlunun idarə etdiyi Mersedes və Bakı şəhər sakini 1961-ci il təvəllüdlü Xankişiyev Xanlar Ayaz oğlunun idarə etdiyi Leksus avtomobillərinin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində Mersedesdə olan  2017-ci il təvəllüdlü Ələkbərova Humay Elçın qızı, Leksusun sürücüsü  Xankişiyev Xanlar Ayaz  oğlu və Leksusda olan 1962-ci il təvəllüdlü Bakı şəhər sakini Səmədova Mərviyə Qurban qızı hadisə yerində dünyalarını dəyişib. Hadisə nəticəsində 3 nəfər ağır xəsarət alıb. Xəsarət alanlar: Mersedesin sürücüsü Həşimov Habil Əbülfəz oğlu, Neftçala şəhər sakinləri Ələkbərov Elçin və  1991-ci il təvəllüdlü Ələkbərova Günay Əbülfəz qızı olmuşdur.

Faktla bağlı araşdırma aparılır.