Neftçaladakı qəzada yaralanan "Mercedes" - in sürücüsü də dünyasını dəyişdi.

2019-09-07 Baxış: 2652
img

Bu gün günorta saatlarında Neftçala - Xolqaraqaşlı avtomobil yolunda baş verən avtomobil qəzasında yaralanmış Mercedes-in sürücüsü xəstəxanada dünyasını dəyişib.

MAYAKİNFO- nun məlumatına görə, hadisə zamanı müxtəlif bədən xəsarətləri ilə Neftçala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən 1983-cü il təvəllüdlü Xolqaraqaşlı kənd sakini Həşimov Habil Əbülfəz oğlunun həyatını xilas etmək mümkün olmayıb.