Neftçaladan olan fəhlə hündürlükdən yıxılaraq ölüb.

2019-09-14 Baxış: 1430
img

14.09.2019.     15:10

Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında podratçı fəhlə bədbəxt hadisə nəticəsində düyasını dəyişib.

MAYAKİNFO xəbər verir ki, 1972-ci il təvəllüdlü Neftçala rayonunun Qoltuq kənd sakini Mustafayev Mehman Ağahüseyn oğlu işlədiyi binanın fasadına emulsiya verərkən hündürlükdən yıxılıb. Xəstəxanaya yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, keçən ilin iyul ayında enerji sistemində baş verən qəzadan sonra "Azərbaycan" İstilik Elektrik Stansiyası yenidən qurulur.